Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var.
Tezadlar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Anar Bayramov “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatında deyib.
O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin inklüziv cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir:
“Ölkədə sosial siyasətin əsas hədəflərindən biri xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində inklüziv təhsil, məşğulluq və sosial xidmətlər sahəsində mühüm irəliləyişlər əldə olunub. Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var. Onlar da digər şəxslər kimi dövlət tərəfindən çoxşaxəli dəstəklə əhatə olunub. müxtəlif sahələrdə çalışır”.
Nazir müavini qeyd edib ki, inklüziv yanaşmanın gücləndirilməsi və əlçatanlığın artırılması məqsədilə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq genişləndirilir:
“Bu da xüsusi qayğıya ehtiyacı olan şəxslərin layiqli həyat şəraitinə malik olmaları üçün zəmin yaradır”.