9 Oktyabr 2025 / 14:25

Əminə Yusifqızı DÜNYASINI DƏYİŞDİ

Xalq artisti Əminə Yusifqızı  vəfat edib.
Tezadlar.az  xəbər verir ki, bu barədə Xalq artistinin yaxınları məlumat verib.
Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb.
Uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.
Əminə Yusifqızı 2016-cı il 14 sentyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!