Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Bakıda polisə kəsici alətlə müqavimət göstərən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb. Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, R.Məmmədov müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib. Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb.