Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Davamlı şəkildə aparılan təmizləmə və maarifləndirmə tədbirlərinə baxmayaraq Vətən müharibəsindən bu günədək 409 nəfər vətəndaşımız baş vermiş mina insidentləri nəticəsində həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tezadlar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimində səsləndirib.
O bildirib ki, Azərbaycan Avropada mina problemindən ən çox zərər çəkən ölkələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə 1.5 milyondan çox mina basdırılıb.
“Minadan zərər çəkənlərin, habelə əlilliyi olan digər insanların amputant futbolu vasitəsilə cəmiyyətə reinteqrasiyasında əməyi keçən hər kəsə bir daha minnətdarıq. Ölkəmizdə ilk dəfə keçirilən bu oyunları yüksək dəyərləndirir və komandalara uğurlar arzulayırıq”.