17 Oktyabr 2025 / 20:35

Bacısını və ərini çəkiclə döyərək öldürən saxlanılıb

Evində bacısı və həyat yoldaşını çəkiclə vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 49 yaşlı Fyodor Milyayev saxlanılıb.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Telegram kanalında məlumat verilib.

“İkili qətl törətməkdə şübhəli bilinən 49 yaşlı kişi qısa müddətdə saxlanılıb”, – məlumatda deyilir.

Hazırda Milyayevin öz qohumlarını evlərində qətlə yetirməsinin motivlərini müəyyən etmək üçün dindirilir. Faktla bağlı cinayət işi də açılıb.

Daha əvvəl bildirilib ki, kişi bacısını ziyarət etməyə gəlib, lakin naməlum səbəblərdən Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində onu və ərini çəkiclə döyərək öldürüb. 57 yaşlı Yelena Kurdyukova və 62 yaşlı Aleksandr Pantyuşenko öldürülüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!