19 Oktyabr 2025 / 09:06

Kütləvi zəhərlənmə: səbəb araşdırılır

Buryatiyada (Rusiya – red.) kütləvi zəhərlənmə faktı qeydə alınıb, 43 nəfər, o cümlədən 18 uşaq kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tezadlar.az-ın xəbərinə görə, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) regional idarəsi məlumat yayıb.

“Hazırda xəstəliyə 43 yoluxma faktı qeydə alınıb, onlardan 18-i uşaqlardadır. Xəstələr Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib”, – qurumdan bildirilib.

Zəhərlənmənin səbəbi məlum deyil, hadisənin təfərrüatını aidiyyəti qurumlar araşdıracaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!