Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Yetkin və savadlı insanların əksəriyyəti yəqin ki, “Boz kardinal” ifadəsinin mənasını və tarixçəsini yaxşı bilir.
Klassik anlamda bu ifadə heç bir rəsmi vəzifə daşımadan, lakin siyasi proseslərə ciddi təsir göstərən, dövlət idarəçiliyində “pərdəarxası” rol oynayan, gizli oyunlar və intriqalar quran şəxsə şamil edilir. Lakin ifadənin XVII əsr Fransasına, Kardinal Riçelyenin kölgəsində fəaliyyət göstərən ata Jozefə gedib çıxdığını hər kəs bilmir. Bu gün isə istənilən azərbaycanlıya “Boz kardinal kimdir?” sualı verilsə, çoxları tərəddüdsüz “Ramiz Mehdiyev” cavabını verəcək. Tezadlar.az 24News.ge-də yayımlanmış həmin məqaləni təqdim edir:
– Uzun illər Azərbaycanın Prezident Administrasiyasına rəhbərlik etmiş, 87 yaşlı Ramiz Mehdiyevin əslində dövlətə yox, dövlətə qarşı fəaliyyət göstərdiyi artıq məlum olur. Əməllərini məharətlə gizlətməsi, özünü təmkinli, sadiq və intellektual fiqur kimi təqdim etməsi onu uzun müddət sudan quru çıxmağa kömək edib. Lakin gec-tez bütün gizlinlərin üstü açılır. Nəticədə Mehdiyevin də illərlə pərdə arxasında qurduğu oyunlar ifşa edildi. Artıq bir neçə gündür ki, o, məhkəmə qərarı ilə ev dustaqlığına məhkum edilib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması) maddələri ilə ittiham olunur. Mövzu ciddidir və bir sıra mühüm məqamları üzə çıxarır: 1. Maskalanmış sistemin ifşası Ramiz Mehdiyev illərlə qurduğu sistem vasitəsilə əməllərini ustalıqla gizlətmiş, ölkə daxilində zərərli şəbəkə yaratmış, yaşının qürub çağında belə xarici dairələrə (Rusiya xüsusi orqanlarına) sədaqətlə xidmət etmişdir. 2. Xüsusi xidmət orqanlarının uğuru Azərbaycanın xüsusi xidmət orqanları Mehdiyev sisteminin ifşasında həlledici mərhələyə yaxınlaşıb. Bu, həm də dövlətin təhlükəsizlik baxımından artan effektivliyinin göstəricisidir. “Boz kardinal” necə fəaliyyət göstərirdi? Ramiz Mehdiyev sovet dövründən başlayaraq yüksək vəzifələrə təyin olunmuş, xüsusi bacarıqları ilə deyil, Moskvanın planlarına uyğunluğu ilə irəli çəkilmişdi. Belə fiqurların vəzifə tutması, klanlaşma yaratması Sovet İttifaqı dağıldıqdan sonra da müəyyən dairələrin maraqlarına uyğun idi. Müstəqil Azərbaycanın ilk illərində Heydər Əliyevin dövlət quruculuğuna və Qarabağ məsələsinə fokuslandığı dövrdə Mehdiyev bu boşluqdan istifadə edərək öz şəbəkəsini qurmağa başladı. Onun PA rəhbəri təyin olunması, ölkədə korrupsiya, qohumbazlıq, məmur oliqarxiyası və medianın idarə edilməsi kimi problemlərin sistemli xarakter almasına səbəb oldu. Mehdiyev: Ulu Öndərə qarşı kampaniyalar təşkil edib, Yaxın silahdaşlarını ləkələyib, istedadlı kadrlara qarşı kompromatlar toplayıb, Parlament seçkilərinə təsir göstərib, Müxalif fikirli şəxsləri sistemdən uzaqlaşdırıb, İş adamlarını təqib və şantaj edib, onların bizneslərini ələ keçirib, Elmlər Akademiyasını çökdürüb, Azərbaycan elminin inkişafına ciddi zərbə vurub. Ermənistan simpatiyası və repressiyalar: Mehdiyevin ermənilərə simpatiyası olduğu ilə bağlı iddialar da diqqət çəkir. 2002-ci ildə Qərbi Azərbaycanlıların keçirdiyi tədbiri siyasiləşdirərək iştirakçılara qarşı təzyiqlər tətbiq edib. Məlumatlara əsasən onun həyat yoldaşı ermənidir (Qalina) “Beşinci kolon” və sistemli sabotaj Mehdiyev dövlətin müxtəlif strukturlarına yerləşdirdiyi şəxslərlə “beşinci kolon” quraraq: Ordunu içəridən sarsıtmağa, iqtisadi sabitliyi pozmağa, xarici tərəfdaşlarla etibarsızlıq yaratmağa, radikal müxalifəti bəsləməyə və dezinformasiyalar yaymağa çalışıb. Bu şəbəkə xüsusilə 44 günlük Vətən müharibəsi dövründə aktivləşərək, ictimai rəydə çaşqınlıq yaratmağa, rəhbərliyin addımlarını şübhə altına almağa yönəlmiş kampaniyalar təşkil edib. Nəticə: 87 yaşlı Ramiz Mehdiyev yenidən kürsüdədir – lakin bu dəfə müttəhimlər kürsüsündə. Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib, araşdırmalar davam etdirilir…
