Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Yazırlar ki, Ramiz Mehdiyev həmişə parlament seçkilərinə müdaxilə edirmiş… Qətiyyən belə deyil… O, heç vaxt parlament seçkilərinə müdaxilə etmirdi, amma icra başçılarını elə səfərbər edib tapşırırdı ki, məsələn, əgər Bəxtiyar Sadıqov Ağdam 119 saylı Kənd Dairəsindən, qızının (zooloq olduğu halda) psixologiyadan elmi rəhbəri olmuş, onun dissertasiyasını, doktorluğunu və s. yoluna qoymuş… Bəxtiyar Əliyev isə Ağdam 118 saylı şəhər Dairəsindən deputat olmasa(20-25 illik. Ginnesin rekordlar kitabına düşəndir, İmamverdi İsmayılovdan sonra), ərizənizi yazın işdən gedin! Məşədi İbad demiş, mən bunu öz fəaliyyətimdə sınamışam. Məsələn, 2005-ci ildə 119 saylı Dairədən deputatlığa namizəd olanda nələr oldu, bir Allah bilir, bir də deputatlığı Konstitusiya Məhkəməsində ləğv və rədd edilmiş(Azərbaycanın seçki tarixində ilk hadisə idi), təkrar seçkiyə getməyə məcbur olmuş Bəxtiyar Sadıqov bilir… Ətraflı bilmək istəyən olsa, Baş Prokurorluqda ifadə verməyə hazıram… Tofiq Babayev kimi generalı Bəxtiyar Sadıqova uduzdurmaq seçkinin mahiyyətinə tüpürmək idi, Ramiz Mehdiyevlə Bəxtiyar Sadıqov bunu etməli oldu…
Asif MƏRZİLİ