20 Oktyabr 2025 / 16:50

AMEA-dakı saçyoldu polisdə araşdırılır, ekspertiza işə qarışdı-QALMAQAL BÖYÜYÜR

Az əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda (direktor Nadir Məmmədli)  institutun tanınmış dilçi alimi, şöbə müdiri Nərgiz Hacıyevanın şöbənin başqa bir əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat vermişdik.

İndi məlum olur ki, Nərgiz Hacıyeva bununla bağlı polisə şikayət verib və polis onu ekspert rəyi alınması üçün aidiyyəti üzrə dəvət edib, artıq xəsarət alma ilə bağlı rəy də yazılıb.

Üstəlik, xəsarət alan şöbə müdirinə həkimlər ilkin yardım göstərərk hospitalizasiya ediblər.

Məslə ilə bağlı öyrəndik ki, AMEA prezidenti İsa Həbibbəyli tərəflərin barışması və zərərçəkmişin şikayətçi olmaması üçün Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə tapşırıq verib, lakin hələki bu missiya cavabsız qalmaqdadır. Çünki məsələ artıq hüquqi müstəvidədir.

“Təzadlar»

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!