Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Londonun “Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviç Türkiyənin “Qalatasaray” futbol klubunun səhmlərinin nəzarət paketini almağı planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ə məlumat yayılıb.
Hazırda klub fondun nəzarətindədir. Bu o anlama gəlir ki, fond müvafiq qərar qəbul etməyənə qədər onun aktivləri başqa fiziki şəxslərə və ya xarici investorlara satıla bilməz.
bu səbəbdən Abramoviçin yəqin ki, dolayı əməkdaşlıq formalarından, məsələn, sponsorluq və ya infrastruktur tərəfdaşlığı kimi mexanizmlərdən istifadə etməsinə ehtiyac olacaq
Əgər razılaşma baş tutarsa, Abramoviç Türkiyə klubunun əsas sahibi olacaq.
Qeyd edək ki, Abramoviç “Çelsi” klubuna 2003-cü ildə 140 mlyon funt sterlinqə sahib olmuşdu. Həmin dönəmdən bəri London klubu beş dəfə İngiltərə premyer-liqasının qalibi olub, iki dəfə Çempionlar Liqasını və Avropa Liqasını qazanıb, beş dəfə İngiltərə Kubokunu, üç dəfə İngiltərə Liqası Kubokunu qazanıb. 2022-ci ildə Abramoviç sanksiyalara görə klubu satmağa məcbur olub.
trend