Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək. Tezadlar.az xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq sənəd layihəsi daxil olub. Layihə parlamentin oktyabrın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Sənədə əsasən hakimlər Cəmilova Xəyalə Adil qızı və Hüseynov Zaur Nazim oğlunun vəzifələrinin dəyişdirilərək Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib.
Qeyd edək ki, hər iki hakim Bakı Apellyasiya Məhkəməsində çalışır.