Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gümrü bələdiyyəsinin baş memarı Henrix Qasparyan rüşvət almaqda ittiham edilərək həbs edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Gümrü bələdiyyəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma faktları üzrə cinayət işi aparılır. İstintaq çərçivəsində şəhərin baş memarı Henrix Qasparyan və daha bir şəxs saxlanılıb, onların barələrində həbs qətimkan tədbiri seçilib. Onlara qabaqcadan əlbir olan qrup şəklində korrupsiya əməli törətmək ittihamı irəli sürülüb.
Xatırladaq ki, Gümrü meri Vardan Qukasyan da bir gün öncə 10 min dollar məbləğində rüşvət alma ittihamı ilə tutulub və məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib.