21 Oktyabr 2025 / 23:59

Ziya Babaşov U-23 dünya çempionu oldu

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.

Tezadlar.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələdə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!