Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistandan olan həmkarları Əli Əsədovla Nikol Paşinyanın V Tbilisi İpək Yolu Forumunda iştirak etdiklərinə görə şad olduqlarını bildirib. Tezadlar.az bildirir ki, baş nazir Tbilisidə baş tutan bu ilki tədbirə Azərbaycan və Ermənistan baş nazirlərinin qatılmasının xüsusi önəm daşıdığını söyləyib. Sitat: “Biz çox şadıq ki, bu mühüm tədbirdə strateji tərəfdaşlarımız – Azərbaycan və Ermənistanın baş nazirləri bizimlə birgədir. Tarixi İpək Yolu qitələr arasında ticarət və mədəni əlaqələrin formalaşmasında böyük rol oynayıb. Bu gün Orta Dəhliz həmin marşrutun müasir davamı olaraq Avropa ilə Asiyanı etibarlı və səmərəli əlaqə ilə birləşdirir”.