Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda “Təbiətin Fırçası” adlı rəsm sərgisinin açılışı olub. Sərgidə Azərbaycan təbiətinin və mədəni irsinin zənginliyini bədii yolla nümayiş etdirilib, rəsm əsərləri vasitəsi ilə milli dəyərlərin tanıdılıb. İnnovativ formada təqdim edilən əsərlər onların qorunmasına töhfə verib. Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, qeyri-hökümət təşkilatlarının rəhbərləri, rəssamlar və ictimaiyyət nümayəndələriiştirak etmişdirlər.
Tədbirin açılışında “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli layihə haqqında məlumat verib. O, təbiətin qorunmasının vacibliyini vurğulayaraq ictimai məlumatlılığın artırılmasının və təbiətə qarşı məsuliyyətli davranışların təbliğinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bakı, Lənkəran, Şəki, Naxçıvan və Gəncə şəhərlərində, Şuşa, Şamaxı, Quba, İsmayıllı və Qobustan rayonlarında olan tarixi abidələrin, bu bölgələrin özünəməxsus və zəngin təbiəti, flora və faunası təsviri layihənin maraqlı tərəfidir. Əsərlər 1,20×1,20 metr ölçülü parçalar üzərində işlənib.
Əsərlər Beynəlxalq müsabiqələr laureatı rəssam Nərmin Abdullayeva tərəfindən hazırlanıb. Sərgidə rəssamlar Nərmin Abdullayeva və Yeganə Vəliyevanın əsərləri də nümayiş olunub.
Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə informasiya dəstəyini Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası göstərib.
Y.Məmmədli