23 Oktyabr 2025 / 08:15

Rusiyanın Çelyabinsk vilayətində güclü partlayış: 10 ölü, çoxsaylı yaralı

Ötən gecə Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən hərbi müəssisədə baş verən partlayışda həlak olanların sayı durmadan artır. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Teksler özünün Telegram kanalında məlumat yayıb. Sitat:
“Hazırda doqquz nəfərin həlak olması təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlər onların vəziyyətini stabilləşdirmək üçün əlindən gələni edir. İtkin düşənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”.

Rusiya mediası bunun Ukrayna siversantlarının əli ilə edilməsi barədə məlumat paylaşır. Ukrayna rəsmiyyəti isə hələki bu barədə susmaqdadır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!