Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Ramiz Mehdiyev söhbəti səngimək bilmir. Bu gün sosial şəbəklərdə, mətbuatda əsas mövzu Ramiz Mehdiyevdir. Hər kəs onun dövlətə, Vətənə xəyanətindən, ayrı-ayrı vəzifəli şəxslərə qarşı qərəzli olmasından, ölkədə özünün əlaltısı olan geniş kadr şəbəkəsindən danışır. Ona bağlı olan yüksək vəzifə sahiblərinin sırasında sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin də adı çəkilir. Məhz Ə.Qarayevin nazir olduğu illərdə Bakıdakı kinoteatrların demək olar ki, əksəriyyəti məhv edildi, satıldı, təyinatı dəyişdirildi. Kitabxanalar da onun kimi. Təbii ki, Əbülfəs Qarayev bütün bunları Ramiz Mehdiyevə güvənərək edirdi. Fəxri adlar sanki marketdə satılırdı. Ramiz Mehdiyevin Əbülfəs Qarayevin əli ilə mədəniyyətimizə vurduğu zərbə aşıq sənətinə də təsirsiz qalmayıb. Belə ki, 2008-ci ildə fəaliyyəti yenidən bərpa olunan və Xalq şairi Zəlimxan Yaqubun sədr seçildiyi Azərbaycan Aşıqlar Birliyi elə ilk günlərdən Ramiz Mehdiyevin qara siyahısında olub. Bakıda bu qədər mədəniyyət ocaqları (kinoteatrlar və s.) özəlləşdirildiyi halda, Aşıqlar Birliyinə ayrıca bir məkan ayrılmayıb. Əbülfəs Qarayev hər vəchlə çalışırdı ki, Aşıqlar Birliyinə dövlətin ayırdığı pulu müxtəlif adlarla mənimsəyib Ramiz Mehdiyevə ötürsün. Birliyə ayrıca bina verilməməsinin bir səbəbi də elə bu idi. Ramiz Mehdiyev imkan vermirdi ki, Muğam Mərkəzi kimi, Bakıda ayrıca Aşıqlar Evi tikilsin.
Ramiz Mehdiyev aşıq sənətini xoşlamadığına görə, hər yolla bu sənətin inkişafına badalaq gəlirdi. Sadəcə Xalq şairi Zəlimxan Yaqun ölkə başçısı yanında olan hörməti və nüfuzu ona imkan vermirdi ki, aşıq sənətini tam gözdən sala bilsin, mədəniyyətimizin bu sahəsini də özünün qazanc obyektinə çevirsin. Baxın, 2014-cü ildə Zəlimxan Yaqub məsələ qaldırmışdı ki, “Ozan-aşıq ensiklopediyası” hazırlansın. Ancaq bu nəşr üçün ayrılacaq pulu mənimsəməsinə Z.Yaqub mane ola bilər deyə, işi yubatdı. Daha doğrusu, ensiklopediyanın hazırlanmasına vəsait ayrıldı, ancaq iş görülmədi. Bu işdə ona “yardım edən” Akademiyada o zamanlar Ədəbiyyat institutunun direktor müavini olan professor Məhərrəm Qasımlı oldu. Ayrılmış vəsait mənimsənildi, iş görülmədi. Məhərrəm Qasımlının hər zaman “ağsaqqal” dediyi Ramiz Mehdiyevə bu xidməti diqqətdən kənarda qalmadı. Bunun müqabilində Ramiz mehdiyev əvvəlcə onu Dövlət mükafatı laureatı etdi, 2015-ci ilin noyabrında isə Akademiyada bir çox görkəmli alimlər haqq etdiyi halda, məhz Məhərrəm Qasımlıya “Əməkdar elm xadimi” fəxri adını verdirdi. Halbuki bu adı haqq edən daha böyük alimlər vardı.
2016-cı ildə Zəlimxan Yaqub dünyasını dəyişəndən sonra isə R.Mehdiyev özünün kadrı, adamı olan Məhərrəm Qasımlını Əbülfəs Qarayevə tapşırmaqla qurultay-filan keçirilmədən Aşıqlar Birliyinə sədr etdirdi, Aşıqların qurultayı isə yalnız 2018-ci ildə keçirildi, ona da qurultay demək mümkündürsə. Ramiz mehdiyevin xeyir-duası ilə Dövlət Mükafatı verən komissiyanın üzvü də oldu.
Aşıqlar Birliyinə sədliyi Məhərrəm Qasımlıya imkan verdi ki, öz “ağsaqqalına” daha yaxşı “xidmət” eləsin. Bu günə kimi heç vaxt belə hal olmamışdı ki, 6 nəfər aşığa ayrıca sərəncamla “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin. Məhz 2016-cı ilin iyul ayında Prezidentin sərəncamı ilə aşağıda adları qeyd olunan aşıqlara “Əməkdar mədəniyyət işçisi” fəxri adı verildi. Aşıqların bu adı haqq edib-etməmələri ilə işimiz yoxdur. Burada maraqlı tərəf odur ki, bu adamlara fəxri ad almaq üçün Məhərrəm Qasımlı heç Mədəniyyət nazirliyinə müraciət etməyə ehtiyac duymayıb. Çünki hər zaman “Ağsaqqal” dediyi Ramiz Mehdiyevlə birbaşa əlaqə saxlaya bilirdi. Və bu səbədən də 6 nəfər aşığın sadəcə adlarını yazıb bir məktubla birbaşa Ramiz Mehdiyevə ünvanlamış və “Ağsaqqal” da onun bu istəyini reallaşdırmışdı. Halbuki o, bunun üçün ilk növbədə Mədəniyyət nazirliyinə müraciət etməli idi. Təbii ki, bunu aşıqları sevdiyindən etmirdi. Hər aşıqdan bəlli “üsulla” siyahını “ağsaqqalına” ötürmüşdü. Həmin aşıqlar bunlardır və internetdə kiçik bir axtarış aparmaqla görə bilərsiniz ki, bu 6 nəfər üçün eyni gündə ayrıca Prezident sərəncamı olub. Və Mədəniyyət Nazirliyindən bunu da dəqiqləşdirə bilərsiniz ki, nazirliyin bu işdə əli, xəbəri olubmu?
–Axundov Umbay Sadıq oğlu
-Allahverdiyev Əhliman Məhəmməd oğlu
-Balasiyev Həşim Səftər oğlu
-Əliyev Fətulla Əbdüləzim oğlu
-Kosayeva Solmaz Qorçu qızı
-Musayev Xanmusa Musaxan oğlu.
Yuxarıda adını çəkdiyimiz ensiklopediyanı isə yalnız 2019-cu ildə cənab Prezident mədiniyyət işçiləri ilə görüşdükdən sonar digər yaradıcılıq təşkilatları kimi, Aşıqlar Birliyinə də böyük məbləğdə pul ayırdıqdan sonra nəşr etdirdilər. Təbii ki, bu zaman da ayrılmış vəsaitin böyük hissəsi mənimsənildi və ensiklopediya adına karikatura olan bir kitab buraxıldı. Ramiz Mehdiyevin M.Qasımlının əliylə aşıq sənətinə bir xəyanəti də Zəlimxan Yaqubun vaxtında iki dəfə keçirilmiş “Beynəlxalq Aşıq festivalı”nın keçirilməsinə icazə verməməsi oldu. Artıq 10 ildən çoxdur ki, bu festival keçirilmir. Amma necə olur ki, İran Aşıqlar Birliyi bunu Azərbaycan adına edir, dünya ölkələrindən, o cümlədən Azərbaycandan aşıqlar dəvət edilir, bu festivalda iştirak edirlər. Amma Azərbaycan Aşıqlar Birliyinin sədri və rəhbər heyəti isə intriqalarından qalmadığından yox. Niyə?
Bunaları ona görə yazırıq ki, Ramiz Mehdiyevin Azərbaycan xalqına xəyanətini təkcə dövlətə xəyanətlə məhdudlaşdırmayın. O, həm də Məhərrəm Qasımlı kimi əl buyruqçularının vasitəsi ilə mədəniyyətimizin düşməni olub. Bu isə heç də son günlər adı Ramiz Mehdiyevin adamı kimi hallananlardan az təhükəli deyil.
Əhməd Əhmədov