27 Oktyabr 2025 / 13:47

“Burevestnik” raketi üçün infrastrukturun hazırlanması tapşırıldı və…

Rusiya Prezidenti Vladimir Putin nüvə enerjili qurğuya malik “Burevestnik” raketinin orduda yerləşdirilməsi üçün infrastrukturun hazırlanmasına başlamağı tapşırıb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Putin hərbi raket sınaqları ilə bağlı müzakirə zamanı bildirib. “Mümkün istifadə üsullarını müəyyənləşdirmək və bu silahları silahlı qüvvələrimizə yerləşdirmək üçün infrastruktur hazırlamağa başlamaq lazımdır”, – Rusiya lideri baş qərargah rəisi Valeri Gerasimova tapşırıq verib.

Putin həmçinin qeyd edib ki, dünyada nüvə enerjisi qurğusuna malik “Burevestnik” qanadlı raketinin analoqu yoxdur. Sitat: “Mənim sənaye tərəfindən hesabatım var. Ümumilikdə Müdafiə Nazirliyinin qiymətləndirmələri məlumdur. Bu, dünyada heç kimin sahib olmadığı unikal məhsuldur”.

Maraqlıdır ki, ölkə iqtisadiyyatı getdikcə zəifləyir, neft satışına bazar məhdudlaşır, ölkədə səfalət qaçılmazdır, amma imperiya iddialarından əl çəkilmir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!