Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın “Kayzerslautern” klubunun baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.
Tezadlar.az xəbər verir ki, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:
“Ötən ilin aprelində “Kayzerslautern” “Nürnberq”lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim”.
Qeyd edək ki, həmin matçda “Nürnberq”in qələbə qolunu Mahir Emreli vurmuşdu. Məğlub olan “Kayzerslautern” o dönəmdəki baş məşqçi Markus Anfanqı istefaya göndərmişdi. Onun yerinə isə Tomas Liberknext gətirilmişdi.