28 Oktyabr 2025 / 14:12

Ramiz Mehdiyevi öyənlər və söyənlər: İsa Həbibbəylinin tərifi!

…Artıq Ramiz Mehdiyevin Kremlə göndərdiyi 50 nəfərlik dəstə məktubu da faş edildi. Beləliklə, hələ də mediada, sosial şəbəkələrdə vaxtilə Ramiz Mehdiyevi tərifləyənlər, yəni öyənlər, hətta onu müasir Azərbaycanın qurucusu və qoruyucusu kimi təqdim edənlər, indi onu söyməklə meydan sulayırlar.

«Təzadlar»ın Araşdırma Qrupu bir müddət əvvəl, təxminən ilyarım-iki il əvvəl Mehdiyevin vaxtilə əl tutduğu, başa çəkdiyi, deputat, icra başçısı və s. etdiyi tanınmışların o vəzifədən gedən kimi əleyhinə danışmaqlarını təhlil edərək geniş araşdırma məqaləsi ilə çıxış etmişdi. Həmin məqalədə istinadımız rəsmi sənəd idi- «Azərbaycanın görkəmli şəxsiyyətləri- akademik Ramiz Mehdiyev» (Mehdiyev Ramiz Ənvər oğlu) Biblioqrafiya, BAKI-2018, Üç dildə» kitabı!

Ramiz Mehdiyev haqqında «Biblioqrafiya» kitabının elektron versiyaları niyə yoxa çıxıb?

Xatırladırıq ki, Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Ramiz Mehdiyev” adlı Biblioqrafiyada yazılır: «Biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995-ci ildən), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri, Beynəlxalq sülh mükafatı laureatı, Nyu-York Elmlər Akademiyasının üzvü, akademik Ramiz Ənvər oğlu Mehdiyevin 1964-2018-ci illərdə dərc olunmuş əsərlərini və haqqında materialları əhatə edir».

İndi bu biblioqrafiya yoxa çıxıb, yaxud yoxa çıxardılıb. Niyə? Ona görə ki, bu gün Ramiz Mehdiyevi söyənlər həmin Biblioqrafiyada Mehdiyevi ölkənin bütün sahələrində, hətta Ali dövlət idarəçiliyində birinci şəxs kimi təqdim etmişdilər.

Nə yaxşı ki, «Təzadlar»ın arxivində həmin biblioqrafiyanın PDF versiyası qalmışdır və belə qərara gəldik ki, Ramiz Mehdiyevi vaxtilə göyə qaldırıb indi yerə vuranların 180 dərəcə dəyişən mövqeyini həm də özlərinə tanıdaq.

***

Beləliklə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tərtib etdiyi “Akademik Ramiz Mehdiyev” biblioqrafik göstəricisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri, Beynəlxalq sülh mükafatı laureatı, NyuYork Elmlər Akademiyasının üzvü, akademik Ramiz Ənvər oğlu Mehdiyevin 1964-2018-ci illərdə dərc olunmuş əsərlərini və haqqında materialları əhatə edir. Ramiz Mehdiyev haqqında ilk biblioqrafiya AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən nəşr edilmişdir (Ramiz Mehdiyev. Biblioqrafiya /tərt. müəl.: A.Əliyeva-Kəngərli, G.Səfərəliyeva və b.; red.: A.Aslanov, K.Tahirov.- Bakı, 2009.- 376 s.)

Xatırladırıq ki, bu biblioqrafiya da «təzadlar»ın arxivində qorunub saxlanılır.  Bu dəfə 2018-ci ildə Azərbaycan Milli Kitabxanası tərəfindən yenidən tərtib edilmiş bu fundamental elmi biblioqrafiya daha da təkmilləşdirilmiş, son on ilin materialları əlavə edilmişdir. Biblioqrafiyada yazılır: «…Biblioqrafiyaya alimin həmin illərdə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə çap olunmuş kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş elmi-publisistik məqalələri, çıxışlan və müsahibələri daxil edilmişdir. Filosof alimin həyat və geniş ictimai-siyasi fəaliyyətini işıqlandırmaq məqsədilə göstəricidə AMEA-nın vitse-prezidenti, akdemik İsa Həbibbəylinin (indi AMEA-nın Prezidenti.RED.) “Görkəmli dövlət xadimi və cəmiyyətşünas alim” adlı ön sözü verilmişdir».

 Qeyd edək ki, «Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində akademiklərdən Akif Əlizadənin, Mahmud Kərimovun, Arif Mehdiyevin, Asəf Nadirovun, Bəkir Nəbiyevin, Ağamusa Axundovun və digər görkəmli alim və ictimai-siyasi xadimlərin fikirləri, mülahizələri öz əksini tapmışdır.

***

Beləliklə, Ramiz Mehdiyev haqqında yazılmış və nəfis şəkildə çap olunmuş «Biblioqrafiya» kitabından tərifnamələri təqdim edirik:

Görkəmli dövlət xadimi və cəmiyyətşünas alim

İsa Həbibbəyli,

 AMEA-nın vitse-prezidenti, akademik:

-Azərbaycan elmində dövlət idarəçiliyi və elmi fəaliyyətlə paralel şəkildə məşğul olan, bu istiqamətlərin hər ikisində də uğurlar qazanan mütəfəkkir şəxsiyyətlər olmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də ölkəmizdə dövlətçilik təfəkkürü ilə elmi baxışların qarşılıqlı vəhdətini bütün mahiyyəti ilə öz fəaliyyətində tam olaraq ifadə edən görkəmli dövlət və elm xadimi kimi qəbul olunur. Dövlət idarəçiliyi və elm sahələrində onun səmərəli fəaliyyəti hər iki istiqamətin inkişafı ilə müşayiət olunmuş və həmin sahələr bir-birlərini tamamlamışdır.

Zəngin tərcümeyi-hala malik olan Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun mənsub olduğu nəsil şəcərəsi indiki Şərur rayonunun Qarxun kəndi ilə bağlıdır. Uşaqlıq illərindən Ramiz Mehdiyev Naxçıvan şəhərində yaşamış, 1945-1955-ci illərdə burada Aleksandr Puşkin adına 3 saylı məktəbdə orta təhsil almışdır. Sonra o, 1956-1957-ci illərdə Bakı Dənizçilik məktəbində oxumuş və buranı fərqlənmə dip[1]lomu ilə bitirmişdir. “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” idarəsinin gəmilərində maşinist kimi çalışmışdır. Əvvəlcə həmin idarədə gəmi komsomol katibi kimi fəaliyyətə başlayan Ramiz Mehdiyev qısa müddətdə “Xəzərneftdonanma” idarəsinin komsomol təşkilatı katibi[1]nin müavini vəzifəsinə irəli çəkilmişdir. Ramiz Mehdiyevin gənclik, tələbəlik illərindən başlanan ictimai-siyasi fəaliyyəti tədricən inkişaf edərək dövlət idarəçiliyinin müxtəlif məsuliyyətli mərhələlərini əhatə etmişdir. Göründüyü kimi, dövlət idarəetmə sistemində o, əsasən ideoloji cəbhəni təmsil etmiş, demək olar ki, bu istiqamət üzrə müxtəlif məsul və[1]zifələrdə çalışaraq zəngin təcrübə qazanmış, mühüm ümumdövlət vəzifələrinin həyata keçirilməsinə sanballı töhfələr vermişdir. Biblioqrafiya Dövlət idarəetmə sisteminin ideoloji blokunda Ramiz Mehdiyevin keçdiyi çətin, məsuliyyətli və şərəfli yol həyatını dövlətçilik sahəsinə həsr etmiş bir insanın gənclər təşkilatının ən adi əməkdaşından məsul partiya işçisinə, ideoloji katib, Prezident Administrasiyasının rəhbəri vəzifəsinə qədərki bütün çətinliklərini və üstünlüklərini özündə canlı şəkildə əks etdirir. Gənclər təşkilatı – komsomol komitəsi sahəsində səmərəli fəaliyyəti onun ideologiya xətti üzrə çoxillik fəaliyyətinin möhkəm bünövrəsini təşkil etmişdir. “Xəzərneftdonanma” idarəsinin əvvəlcə gəmi üzrə komsomol təşkilatının katibi, sonra isə Ümum[1]ittifaq İstehsalat Birliyinin həmin respublika qurumunun komso[1]mol təşkilatı katibinin müavini vəzifələrində çalışması onun siyasi fəaliyyət gəmisini ideoloji işin məsul təşkilati mərhələlərinə, hətta böyük siyasətin magistral yoluna gətirib çatdırmışdır. Bütövlükdə komsomol-gənclər təşkilatı Ramiz Mehdiyev üçün sözün əsl mənasında zəngin həyat və siyasi fəaliyyət, mühüm idarəetmə təcrübəsi məktəbi funksiyasını həyata keçirmişdir. Gənc Ramiz Mehdiyev 1962-1963-cü illərdə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin komsomol təşkilatının katibi və ümumuniversitet komsomol komitəsi katibinin müavini vəzifələrində tələbə gənclərlə iş təcrübəsi əsasında ümumiyyətlə ideya-siyasi iş aparmağın yollarını və vasitələrini öyrənmişdir. Buna görədir ki, hələ Bakı Dövlət Universitetinin tələbəsi ikən 1965-ci ildə Azərbaycan Gənclər İttifaqının tələbə gənclər şöbəsinin təlimatçısı Ramiz Mehdiyev qısa müddətdən sonra Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilmişdir. Naxçıvan Vilayət Komsomol Komitəsində çalışdığı 1967-1968-ci illər onun üçün mühüm həyat məktəbinə çevrilmişdir. Heç şübhəsiz, Ramiz Mehdiyevin sonrakı dövlət idarəçiliyi iyerarxiyasında uğurlu “komsomol pilləsi” mühüm rol oynamış[1]dır. O, komsomol təşkilatları sahəsində keçdiyi məsuliyyətli yolu partiya təşkilatları mərhələsində uğurla davam etdirmişdir. Ramiz Mehdiyevin bu sahədəki və ondan sonrakı bütün fəaliyyəti Azər[1]baycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və rəhbərliyi ilə üzvi surətdə bağlı olmuşdur. O, Heydər Əliyev epoxasının siyasi-ideoloji cəbhədəki məsuliyyətli vəzifələrinin öh[1]dəsindən layiqincə gəlmiş, necə deyərlər, böyük etimadı yüksək səviyyədə doğrultmuşdur. Mühüm partiya işinə 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin mü[1]hazirəçisi kimi başlayan Ramiz Mehdiyev az sonra Mərkəzi Komitənin ideologiya məsələləri üzrə katibinin köməkçisi olaraq fəaliyyətini davam etdirmişdir. Bu sahədə qazandığı səriştə və təcrübə onun sonrakı taleyində mühüm rol oynamışdır.

O, 1976- 1977-ci illərdə Azərbaycan KP MK-nın Elm və təhsil müəssisələri şöbəsi müdirinin müavini vəzifəsində çalışaraq respublikada bu məsul sahənin inkişaf etdirilməsinə xidmət etmişdir. Bakı şəhəri[1]nin ən böyük və məsuliyyətli rayonlarından olan 26 Bakı komissarı adına Rayon Partiya Komitəsində 1978-1980-ci illərdə birinci katib vəzifəsində Ramiz Mehdiyev özünü əsl partiya işçisi kimi təsdiq etmişdir. Az sonra yenidən respublika miqyaslı partiya işinə qaytarılaraq 42 yaşında Azərbaycan KP MK-nın Elm və təhsil müəssisələri şöbəsinə rəhbərlik etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsinə aid olan bu illərdə Ramiz Mehdiyev respublikada baş vermiş böyük intibahın ən yaxın iştirakçılarından və fəal qurucularından biri olmuşdur. Tapşırılan vəzifəyə məsuliyyətlə, sədaqətlə xidmət etmək, habelə prinsipiallıq və təmkinli praqmatik yanaşma, irəliyə aydın baxış Ramiz Mehdiyevin dövlət quruculuğu və idarəçilik istiqa[1]mətindəki çoxillik səmərəli fəaliyyətinin mahiyyətini təşkil edir. Ramiz Mehdiyevə xas olan dərin məsuliyyət və müasir cəmiyyətin obyektiv siyasi-fəlsəfi dərki sovet hakimiyyəti illərində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük uzaqgörənliklə və uğurla həyata keçirdiyi Azərbaycançılıq siyasətinin icra edilməsində ideoloji xəttin uyğun səviyyədə qurulmasının təmin edilmə[1]sinə münbit şərait yaratmışdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra da Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin yüksək etimadı ilə məsul vəzifələrə irəli çəkilmiş və Ulu Öndərin rəhbərliyi ilə o, dərin köklərə malik müdrik dövlət siyasətinin həyata keçirilməsinə məsuliyyətlə xidmət göstərmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində akademik Ramiz Mehdiyev 1995-ci ildən bu günə qədər məsul dövlət tapşırıqlarını uğurla yerinə yetirmiş, ölkə üzrə aparılan böyük və uzaqgörən siyasətə daim ürəkdən dəstək vermişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri kimi aka[1]demik Ramiz Mehdiyev müstəqil dövlətimizin ictimai-siyasi həyatında yaxından iştirak edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş, məqsədyönlü və müstəqil siyasətin dön[1]mədən həyata keçirilməsinə şərəflə xidmət göstərir. O, ölkəmizdə ciddi və möhkəm mövqeyə malik dövlət xadimi və strateji baxışları ilə səciyyələnən ideoloq kimi xüsusi nüfuz qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun çoxillik səmərəli fəaliyyəti haqqındakı aşağıdakı sözləri Ramiz müəllimin müstəqil dövlətçilik qarşısındakı məsuliyyətli borcu[1]nun icrasına verilmiş yüksək siyasi qiymətin ifadəsidir: “Siz uzun illərdir ki, dövlət qulluğunda fəaliyyət göstərirsiniz. 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işləmisiniz. Ulu öndərimiz müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətə başlayandan sonra onun ilk təyin etdiyi şəxslərdən biri də Siz olmuşsunuz. O vaxtdan bu günə qədər Azərbaycanın dövlət quruculuğunda çox fəal iştirak etmisiniz və bu fəaliyyətinizi indi də davam etdirirsiniz… Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Prezidentin İcra Aparatının rəhbəri kimi siz ölkəmiz üçün çox vacib funksiyanı icra edirsiniz”.

Qeyd olunduğu kimi, Ramiz Mehdiyev hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə elmi fəaliyyətini ardıcıl olaraq davam etdirmişdir. Ona görə də bütün çoxillik fəaliyyəti boyu elm faktoru Ramiz Mehdiyevi daim müşayiət etmişdir. Belə ki, o, 1968-ci ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına qəbul olmuş, burada tanınmış filosoflardan dərs almış və 1972-ci ildə həmin ali (Bax: Ramiz Mehdiyev. Biblioqrafiya. Bakı, AZƏRTAC, 2009, səh.3) məktəbin nüfuzlu Müdafiə şurasında millətlərarası münasibətlərin nəzəri məsələlərinə həsr olunmuş namizədlik dissertasiyası mü[1]dafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi qazanmışdır. Azərbaycan Dövlət Universitetində müəllim kimi çalışdığı 1972-1974-cü illərdə də Ramiz Mehdiyev cəmiyyət həya[1]tının aktual məsələlərinə həsr edilmiş tədqiqatlarla məşğul olmuşdur. Daşıdığı məsul vəzifələrdə də Ramiz Mehdiyev elmin inkişaf etdirilməsi ilə əlaqədar məsələlərə xüsusi diqqət yetirmişdir. Azərbaycan KP MK-nın Elm və təhsil müəssisələri şöbəsinə 1976-1981-ci illərdə rəhbərlik edərkən Ramiz Mehdiyev respublika üzrə elmin inkişaf etdirilməsi qayğıları ilə məşğul olmuş, ölkə rəhbəri Heydər Əliyevin bu istiqamətdəki strategiyasının həyata keçirilməsinə cavabdehlik daşımışdır. Nəhayət, Azərbaycan partiya təşkilatının ideologiya məsələləri üzrə katibi kimi Ramiz Mehdiyev 1983-1988-ci illərdə konkret bir epoxada elm və təhsil faktorunun qarşılıqlı surətdə inkişaf etdirilməsi yollarında əzmlə çalışmışdır. Sonralar bir qədər partiya işindən ayrıldıqdan sonra o, Azərbaycan Elmlər Akademiyası İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri vəzifəsində çalışmaqla elm sahəsindəki fəaliyyətlərini daha da genişləndirmişdir.

Nəhayət, bütün bunlar Ramiz Mehdiyevin 1993-cü ilin dekabr ayında “Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmə[1]si ilə nəticələnmişdir. Bu, heç də keçmiş Sovetlər İttifaqı for[1]matında düşünülən xalqlar dostluğu mənasında olmayıb, bəşəri dəyərlər miqyasında millətlərarası münasibətlərin reallıqlarını əhatə edən və hətta millətlərarası zəmində baş verən münaqişələrə də nəzər salan, çıxış yolları göstərən, səmərəli təklifləri irəli sürən, proqnozlar verən fundamental siyasi-fəlsəfi tədqiqat idi. Akademik Ramiz Mehdiyev ölkədaxili millətlərarası münasibət[1]lər məsələsinə ulu öndər Heydər Əliyevin siyasətdə və təcrübədə uğurla həll edərək respublikada yaşayan bütün xalqların mənafelərini vahid amal ətrafında birləşdirən azərbaycançılıq təliminin 60 Biblioqrafiya işığında yanaşmış, bu aktual problemə praqmatik elmi qiymət vermişdir. Ramiz müəllimin geniş mənada millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətlərindəki baxışları da bu sahədə təntənəli mərasimlərin icra edilməsinə yox, qarşılıqlı etimada və ehtirama əsaslanan nəzəri-təcrübi müddəaları özündə ifadə edir. Çoxillik zəngin elmi təcrübəsinə və bu istiqamətdəki xidmətlərinə görə 2007-ci ildə Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə onun elmi fəa[1]liyyət cəbhəsindəki fədakar fəaliyyətinin üfüqləri daha da inten[1]sivləşdirilmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi bir sıra fundamental fəlsəfi tədqiqat əsərləri meydana qoymuşdur. Akademiyanın çap etdirdiyi bir çox sanballı elmi əsərlər, o cümlədən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş iri həcmli “Müstəqillik yollarında” kitabı akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu və sanballı giriş məqaləsi ilə hazırlanıb elmi ictimaiyyətə çatdırılmışdır.

«Akademik Ramiz Mehdiyevin siyasət formulu müasir Azərbaycan cəmiyyətinin reallıqlarına əsaslanan və irəliyə doğru inkişafa hesablanmış konkret nəzəri təlimdir!»

Milli Elmlər Akademiyasında həyata keçirilməsi davam etdirilən genişmiqyaslı islahatların səmərəli olmasında da ideoloji sahənin rəhbəri kimi akademik Ramiz Mehdiyevin mühüm rolu vardır. Elmi fəaliyyət baxımından isə akademik Ramiz Mehdiyev ilk növbədə çoxlarının asan və populist bir fəaliyyət sahəsi hesab edərək qoşulduğu və buna görə də çox zaman axıra çatdıra bilmə[1]diyi siyasətin çox məsuliyyətli bir istiqamət və özünəməxsus prinsiplərə malik bir təlim olduğunu siyasi-nəzəri cəhətdən əsaslandırmışdır. Bu mənada akademik Ramiz Mehdiyev müstəqillik dövrü Azərbaycan elmində siyasətşünaslıq istiqamətinin yaradıcısıdır. Akademik Ramiz Mehdiyevin siyasət sahəsindəki baxış[1]ları ümumi, mücərrəd müddəalardan ibarət deyil, əksinə, konkret Azərbaycan reallıqlarından və müqayisəli şəkildə dünya təcrübəsindən çıxış etməklə formalaşdırılmış obyektiv baxışlar sistemi olduğu üçün həm elmin inkişafında, həm də ölkədə siyasi mühitin (Müstəqillik yollannda. Məqalələr (Akademik Ramiz Mehdiyevin ümumi redaktəsi ilə). Bakı, “Şərq-Qərb”, 2017) tənzimlənməsinə xidmət mənasında çox əhəmiyyətlidir. Ona görə də akademik Ramiz Mehdiyevin siyasət formulu müasir Azərbaycan cəmiyyətinin reallıqlarına əsaslanan və irəliyə doğru inkişafa hesablanmış konkret nəzəri təlimdir. Bu isə o deməkdir ki, akademik Ramiz Mehdiyev müasir Azərbaycan cəmiyyətinin inkişafının siyasi-fəlsəfi əsaslarını işləyib hazırlamışdır. Cəmiyyətşünas filosof kimi Ramiz müəllim ölkəmizin keşməkeşli inkişaf yollarındakı qabarma və çəkilmələrin, mühüm dialektik yüksəliş proseslərinin dərin fəlsəfi mahiyyətini açıb göstərməklə bərabər, mövcud imkanlara və perspektivlərə də daim işıq salmağa ciddi əhəmiyyət vermişdir. Bu isə onun fəlsəfi baxışlarının tarixi əhəmiyyəti ilə bərabər, həm də müasirliyini və aktuallığını, həyatiliyini də müəyyən etmişdir. Akademik Ramiz Mehdiyevin nəzəri-fəlsəfi irsi Heydər Əliyevçilik və azərbaycançılıq məsələlərinin vəhdəti ilə səciyyələnir. Haqlı olaraq Ramiz müəllim görkəmli dövlət xadimi Heydər Əliyevi azərbaycançılığı müstəqil dövlətimizin ideologiyası səviyyəsinə qaldırmış görkəmli dövlət xadimi kimi təqdim edir.

Akademik Ramiz Mehdiyevin azərbaycançılıq ideologiyası konsepsiyası görkəmli dövlət xadimi Heydər Əliyevin dövlət səviyyəsində uğurla həyata keçirdiyi milli dirçəliş proqramına əsaslanır, Ulu Öndərin böyük bir hərəkata çevirdiyi azərbaycançılıq təliminin nəzəri-fəlsəfi dərkini və şərhini bütün yönləri ilə əks etdirir: “Azərbaycançılıq” dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bugününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. “Azərbaycançılıq” xalqımızın iztirabları ilə yoğrulmuş tarixi dəyərdir, real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millət və etnik qrupların qardaşlığının, qarşılıqlı əlaqə və qarşılıqlı təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizələrinin tarixi təcrübəsidir. Beləliklə, “azərbaycançılıq” ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını yerinə yetirir”.

Ulu öndər Heydər Əliyevin simasında ümummilli lider miqyasının mahiyyəti də ilk dəfə və mükəmməl surətdə akademik Ramiz Mehdiyev tərəfindən elmi-siyasi cəhətdən əsaslandırılmış[1]dır: “Milli dövlət və milli lider müasir tarixin fenomenləridir… Azərbaycan xalqının ümummilli lideri (Heydər Əliyev – İ.H.) həmin lider şəxsiyyətlərdən biridir. Milli lider olmağın meyarları və izahı müxtəlifdir. Hələ Aristotel yazırdı ki, siyasi, liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir. Onlar (ümummilli liderlər – İ.H.) dövlətin xarici və daxili siyasətini müəyyən edən, onu beynəlxalq münasibətlərdə təmsil edən ali vəzifəli şəxslər kimi qəbul edilir. …Heydər Əliyev ümummilli lider zirvəsində… müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. …Buna görədir ki, Heydər Əliyev aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımlayır və yaşayır”.

Çoxcəhətli zəngin elmi təcrübəyə malik olan akademik Ramiz Mehdiyevin nəzəri-fəlsəfi təlimində hər əsər Azərbaycan cəmiyyətinin bir mühüm sahəsinin, vacib bir istiqamətinin fəlsəfi dərkindən ibarətdir.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!