Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Oktyabr 2025 / 22:12

Paralimpiyaçılarımız türkdilli dövlətlərin turnirində parladılar

Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Tezadlar.az xəbər verir ki, fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.

Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bocciaçılarımız sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!