Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskvanın Şeremetyevo Hava Limanı 29 oktyabr gecəsi təyyarələrin gəlişini və uçuşunu müvəqqəti olaraq dayandırıb.
Tezadlar.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat verib.
Məlumatda deyilir: “Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir”.
Hazırda hər bir uçuşa yalnız müvafiq aviasiya orqanlarının əvvəlcədən təsdiqindən sonra xidmət göstərilə bilər. Bu tədbirlər uçuş təhlükəsizliyini artırmaq və potensial təhdidləri minimuma endirmək üçün tətbiq edilib.
Əvvəllər Rosaviasiyanın 12 hava limanında fəaliyyətlərini məhdudlaşdırdığı bildirilirdi. Bunlara Jukovski Hava Limanı, eləcə də Krasnodar, Ulyanovsk, Kazan, Çeboksarı, Vladikavkaz, Samara, Qroznı, Volqoqrad, Kaluqa, Penza və Gelendjik hava limanları daxildir.
E.ŞİRİNOV