Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiyada dron hücumları, xüsusən də Moskva səmasında dronların vurulması barədə məlumat verilməkdədir. Bəzi hava limanları bağlanıb, fəaliyyəti məhdudlaşdırılıb. Rusiyanın sosial şəbəkə qrupları da neft emalı zavodlarındakı partlayışlar barədə məlumat verirlər.
Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, “Rosaviasiya”nın nümayəndəsi Artem Korenyako, Moskva meri Sergey Sobyanin Telegram kanallarında bu barədə paylaşım ediblər. “Rosaviasiya” nümayəndəsi Rusiyanın Moskva və digər şəhərlərdəki hava limanlarında eniş və uçuşların məhdudlaşdırıldığını bildirib. Bu arada, Ulyanovsk vilayətindəki Novospasskoyenin yerli sakinləri Rusiyanın NS-Oil neft emalı zavoduna hücum barədə Rusiya sosial şəbəkə qruplarının məlumatları yayılıb. Sakinlər Novospasskoyenin kənarında saat 12:20 radələrində 5-8 partlayış səsi eşitdiklərini bildiriblər. Səmada partlayışlar və mühərrik səsi də eşidilib. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib ki, Novospasskoye rayonunda pilotsuz təyyarə hücumunun dəf edildiyi iddia edilir: “İtki yoxdur. Təcili yardım xidmətləri dağıntıların yerində işləyir”. Partlayışlar Mari El Respublikasında da olub. Şahidlər Orşanka şəhər yaşayış məntəqəsində alovlu parıltı qeydə alıblar. Bu arada, Telegram kanalı Exilenova+ bildirir ki, Mari El Neft Emalı Zavoduna da hücum edilib.
Müharibə isə davam edir.
A.Məmmədli