29 Oktyabr 2025 / 16:54

Fransa Ukraynaya qoşun yeritməyə hazırlaşır- TƏCİLİ

Makronun dedikləri düz çıxır: Rusiya Xarici Kəşfiyyat Xidmətindən verilən açıqlamaya görə, Fransa Ukraynaya qoşun göndərməyə hazırlaşır . Tezadlar.az “Fiqaro” nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı da faktı yayıb. Rəsmi Moskva bildirir ki, Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə 2000-ə qədər əsgər və zabitdən ibarət hərbi kontingent Kiyevə dəstək vermək üçün Ukraynaya yerləşdirilmək üçün hazırlanır. Rusiya xarici kəşfiyyatı bundan əvvəl Emmanuel Makronun Ukraynaya hərbi müdaxilə etmək arzusunda olduğunu bildirib: “Dəstənin əsasını Fransa Xarici Legionunun, əsasən Latın Amerikası ölkələrindən olan döyüşçülər təşkil edir. Hazırda legionerlər Polşanın Ukrayna ilə həmsərhəd bölgələrində artıq yerləşdirilib və intensiv döyüş hazırlığı keçir, silah və hərbi texnika alırlar”, – deyə məlumatda qeyd olunub.

Bu fakt Rusiyada ciddi narahatlıq yaradıb. Çünki Fransa həm də qırıcıları ilə Ukraynaya gəlməyi planlayır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!