29 Oktyabr 2025 / 20:41

“Qəbələ” və “Şamaxı” 1/8 finalda

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

Tezadlar.az xəbər verir ki, baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.

Qəbələdə şəhərin eyniadlı komandası “Mingəçevir”ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.

“Şamaxı” isə səfərdə “Səbail”i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, II təsnifat mərhələsinə “Neftçi” – MOİK oyunu ilə yekun vurulacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!