Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Odessa xaricdən yeni hava hücumundan müdafiə sistemləri alıb…
Tezadlar.az bildirir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk məlumat verib. Sitat: “Hava Hücumundan Müdafiə Qoşunlarımız düşmənə qarşı yeni sistemlər aldı. Əks-təxribat əməliyyatı davam edir: onun nəticələrini tezliklə açıqlayacağıq. Odessa “uzun sürən” komendant saatına hazırlaşır”.
Xatırladaq ki, aprelin 23-də rus qoşunları Odessaya raket hücumu edib, hava hücumundan müdafiə ilə 2 hava hədəfi vurulub. Yerli hakimiyyət orqanlarının qərarı ilə Odessada uzun sürən komendant saatı mayın 1-də saat 22:00-da başlayacaq və mayın 3-də saat 05:00-da başa çatacaq.