Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynada enerji infrastrukturu obyektlərinə ziyan dəyib. Hadisələr ölkənin bütün bölgələrini əhatə edib və müvəqqəti elektrik kəsintilərinə səbəb olub.
Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat verib.
“Enerji infrastrukturuna yeni ziyan dəyib. Ukraynanın bütün bölgələrində istehlak məhdudiyyətləri tətbiq edilib”, – Ukrayna Energetika Nazirliyi özünün Telegram kanalında bildirib.
Kiyev vaxtı ilə saat 8:00-dan 19:00-dək (Bakı vaxtı ilə saat 10:00-dan 20:00-dək) Ukraynanın bütün bölgələrində saatlıq kəsinti cədvəlləri qüvvədədir. Bundan əlavə, sənaye istehlakçıları üçün xüsusi enerji məhdudiyyəti cədvəlləri hazırlanıb.
Lvov, Xmelnitski və İvano-Frankivsk bölgələrində baş verən bir sıra partlayışlardan sonra enerji obyektlərinə ziyan dəyib. Lvov və Burştində də enerji təchizatı problemləri yaşanır.
Ukrayna hakimiyyəti enerji böhranının pisləşməsi fonunda son dərəcə sərt qış proqnozu ilə üzləşir. “Bild”-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələri qarşıdakı aylarda böyük elektrik şəbəkəsində nasazlıq riski səbəbindən ciddi soyuq hava şəraiti ilə üzləşəcək.
E.ŞİRİNOV