Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakının qədim və tarixi binalarının söküntüsü ətrafında qalmaqallar davam edir… Tezadlar.az xatırladır ki, bu söküntü bumu artıq Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı evə də çatdı. Bu ev Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin 33 yeni aşkar edilmiş abidələr siyahsısındadır. Bəs bu ev də söküləcəkmi?
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin tezadlar.az- ın sorğusuna cavabından belə anlaşılır ki, Milli Qəhrəmanın vaxtilə yaşadığı ev sökülməyəcək.
Bir daha xatırladırıq ki, Bakının Murtuza Muxtarov-23 ünvanında yerləşən, üzərinə Çingiz Mustafayevin barelyefi vurulmuş mənzilin yanında yerləşən tikilinin söküldüyü, sözügedən mənzilin isə təhlükəli vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu isə ciddi narahatlıq yaratmaqdadır.
A.Məmmədli