31 Oktyabr 2025 / 12:27

12 min manatlıq dələduzluq etdi-həbsə düşdü…

Bu dəfə də dələduzun bəxti gətirmədi. Tezadlar.az xatırladır ki, Bakının Suraxanı rayonunda dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayıb. Araşdırmalarla məlum olub ki, o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12 min 300 manatlarını dələduzluq yolu ilə ələ keçirib. Faktlarla bağlı cinayət işi başlanıb.

İndi günah kimdədir: 12 min manatlıq dələduzluq edib həbsə düşəndə, yoxsa, bir dəfə həbsdə olub-çıxana aldananlarda???

XALİQ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!