Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xalq artisti Elmira Rəhimova səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Tezadlar.az xəbər verir ki, məlumatı sənətkarın oğlu açıqlayıb. Onun sözlərinə görə hazırda Elmira Rəhimova Bakı Sağlamlıq Mərkəzində həkim nəzarətindədir.
“Anamın təzyiqi və şəkəri qalxmışdı, özünü bir qədər narahat hiss edirdi. Buna görə də xəstəxanaya aparmaq qərarına gəldik,” – o bildirib.
Sağlamlıq Mərkəzindən verilən açıqlamada qeyd olunub ki, 84 yaşlı Elmira Rəhimovaya terapiya şöbəsində nevroloq və endokrinoloq tərəfindən müayinə aparılıb, lazımi müalicə üsulları təyin edilib.
Məlumata görə, sənətkarın vəziyyəti hazırda stabildir və yaxın günlərdə evə buraxılması planlaşdırılır.