Türkiyənin məşhur müğənnisi Muazzez Abacı infarkt keçirib.
Tezadla.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
“Onunla telefon danışığı apardıq və açıqlama verməyimi istədi. Hazırda xəstəxanadadır, müalicəsi palatada davam edir. Sağlıq vəziyyəti ilə bağlı tez-tez məlumat verəcəyəm”.
Qeyd edək ki, Muazzez Abacının 77 yaşı var və o, Amerikada yaşayır.







