Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Atəşkəs başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 226-ya çatıb.
Tezadlar.az xəbər verir ki, bu rəqəm Fələstin anklavının Səhiyyə Nazirliyi tərəfindən bildirilib.
Nazirliyin məlumatına görə, son günlərdə təxminən 600 nəfər yaralanıb. Son iki gündə Qəzza xəstəxanalarına 22 cəsəd çatdırılıb. Doqquz nəfər xəsarətlə qəbul edilib.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 68.858 nəfərə çatıb, 170.000-dən çox insan yaralanıb.
Səhiyyə Nazirliyi həmçinin bildirib ki, İsrail daha 13 fələstinlinin cəsədini Qəzza zolağına qaytarıb. Ümumilikdə, atəşkəs müqaviləsi çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Fələstin anklavına 225 cəsəd qaytarılıb.
Oktyabrın 6-da İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağındakı vəziyyəti həll etmək üçün dolayı danışıqları bərpa etdilər. Oktyabrın 9-da münaqişə tərəfləri ABŞ prezidenti Donald Tramp tərəfindən əvvəllər təqdim edilmiş sülh planının birinci mərhələsinin həyata keçirilməsi barədə razılaşma imzaladılar. Qəzzada atəşkəs razılaşması 10 oktyabr Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.
E.ŞİRİNOV