Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sumqayıtda və Bakının Binəqədi rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Tezadlar.az xatırladır ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb. Məlum olur ki, Sumqayıtda polisə ümumilikdə 5 650 manatlıq inşaat materillarının oğurlandığı barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb.
Bakının Binəqədi rayonunda isə bir nəfərin 3 900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar davam etdirilir.