3 Noyabr 2025 / 16:20

BDU- da görkəmli hüquqşünas İkram Kərimovla tələbələrin görüşü keçirilir- FOTOLAR

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrinin Azərbaycanın görkəmli hüquqşünası, Əməkdar hüquqşünas, “Şöhrət” ordenli İkram Kərimovla görüş keçirilir.  BDU- nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov İkram Kərimov haqqında məlumat verdi. Sinra Əməkdar hüquqşünas İkram Kərimov alqış sədaları ilə tribunaya dəvət edildi. İkram Kərimov vaxtila kriminalist- müstəntiq işlədiyi dövrlərdə açdığı ağır cinayətlər barədə tələbələrə geniş məlumat verdi. Həmçinin SSRİ dövründə böyük səs- küyə səbəb olan və hazırda Avropanın bir sıra ölkələrinin ali məktəblərində tədris edilən bir istintaq təcrübəsinin necə olması barədə danışdı.

Görüç hazırda sual- cavablarla davam edir.

Xatırladırıq ki, görüşdə BDU- nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Baxşeyiş Əsgərov, kafedranın alimləri, eləcə də “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, həmçinin qəzetin şöbə müdiri Elçin Məmmədli və başqaları, çoxsaylı tələbəıər iştirak edirlər.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!