Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dronun aşkarlanması səbəbindən Brüssel Hava Limanının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Tezadlar.az bildirir ki, bu barədə RTBF televiziya kanalı məlumat verib.
Məlumatda deyilir: “Cümə axşamı axşamı Zaventem Hava Limanı yaxınlığında səmada yenidən dronlar göründü”.
Bəzi uçuşların digər aerodromlara yönləndirildiyi bildirilib. Ümumilikdə, hava limanı təxminən yarım saat ərzində işləməyib.
Əvvəllər bildirilirdi ki, Belçika Müdafiə Nazirliyi ölkənin vacib obyektləri üzərində dronların müşahidəsinin artması fonunda NATO Vaşinqton Müqaviləsinin 4-cü maddəsi ilə bağlı məsləhətləşmələrə başlamaq niyyətindədir.
E.ŞİRİNOV