Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanlı iş adamı Tufan Sadıqovun Rusiyada futbolla məşğul olmasına ömürlük qadağa qoyulub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının İntizam Komitəsi qərar çıxarıb.
Qərara səbəb klubun iflasına yol açan pis niyyətli və məntiqsiz addımlardır. “Ximki” əsas himayədarı olan Sadıqovun yanlış idarəetməsi üzündən, sentyabrda 448 milyon rubl (9 milyon 375 min manat) borcu ödəyə bilməyərək müflis elan olunmuşdu.
Maraqlıdır ki, Sadıqov hazırda Türkiyə aşağı dəstə təmsilçisi “Serik Bələdiyyəspor”a rəhbərlik edir. Elə bu klubda da oxşar problemlər baş qaldırıb.