8 Noyabr 2025 / 20:05

Gürcüstanda Azərbaycanın Zəfər Günü ilə bağlı bayram yürüşü təşkil olunub

Marneulidə Azərbaycanın Zəfər Gününün 5-ci ildönümü münasibətilə bayram yürüşü təşkil olunub. Tədbirdə bir qrup azərbaycanlı gənc, ictimai fəallar və yerli sakinlər iştirak ediblər. Tezadlar.az xəbər verir ki, yürüş Marneuli şəhərinin mərkəzindən başlayaraq Rustaveli prospekti boyunca davam edib. Əllərində Azərbaycan və Gürcüstan bayraqları, eləcə də “Qarabağ Azərbaycandır” şüarları ilə iştirakçılar həm Azərbaycanın tarixi qələbəsini qeyd edib, həm də dostluq və həmrəyliyə çağırış ediblər. Tədbir zamanı gənclər Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfərin regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər. Onlar həmçinin Gürcüstanın da öz ərazi bütövlüyünü bərpa edəcəyinə ümidvar olduqlarını vurğulayıblar. Yürüşün təşkilatçılarından biri bildirib ki, bu tədbir yalnız bir bayram aksiyası deyil, həm də iki xalq arasında dostluq münasibətlərinin və birgə gələcəyə inamın təzahürüdür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!