7 May 2022 / 17:41

KÜLƏK BAKIDA XƏSTƏXANANIN DAMINI UÇURDU

Güclü külək Bakıda Uşaq Nevroloji Xəstəxanasının damını uçurub.

TƏBİB-dən bildirilib ki, damın uçması zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində yaxınlıqda olan iki avtomobilə ziyan dəyib.

Həmçinin bildirilib ki, xəstəxana 12 il əvvəl təmir olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!