Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fərman avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi məqsədi daşıyır. Ekspertlər isə hesab edir ki, bu Fərman daha çox Bakıda tıxacların azaldılmasına və idarə edilməsinə hesablanıb.
XXX
Diqqət çəkən bir məqam: Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
– Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
– Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;
Avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisi 2026-cı il yanvarın 1-dən, nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq isə 2027-ci il yanvarın 1-dən fonda mədaxil olunacaq”.
Fərmanla Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Fərmana görə, Nazirlər Kabinetinə verilən vaxta 38 gün qalıb. Bəs indiyədək hansı işlər görülüb və ya görülməkdədir?
Müşahidələr göstərir ki, hələki Bakıda tıxaclar bir az da artıb… Çünki Bakı hələki AYNA tərəfindən daraldılmış yollarını özünə qaytarmayıb. Süni daralma və paytaxtın mərkəzindəki göydələnlər seriyası davam etdiyindən isə tıxacların hansısa direktiv vı ya inzibati yolla həllinin mümkünlüyü ağlabatan görünmür.
Hər halda, aidiyyəti qurumlar indidən Fərmandan irəli gələn hansı tədbirlərin görüldüyü barədə ictimaiyyətə məlumat versə, bu çox yaxşı olar. Nəticədə paytaxt sakinlərinin özünəaid tədbirləri də öncədən görülər, onları hansısa problem qəfil yaxalamaz. Ola bilsin kimsə hərəkət zonalarının təsir dairəsinə düşməmək üçün yaşayış yetini tərk etməklə mərkəzdən kənara köçmək istəyəcək…
A.Məmmədli