Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda qəzaya uğrayan Türkiyə C-130 hərbi təyyarəsindəki bütün 20 hərbçi həlak olub.
Tezadlar.az bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.
“Türkiyəyə məxsus C-130 Hercules hərbi nəqliyyat təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb və təyyarədəki bütün 20 nəfər həlak olub”, – məlumatda deyilir.
Türkiyə və Gürcüstan mütəxəssisləri birgə axtarış-xilasetmə əməliyyatını davam etdirirlər, lakin çətin relyef və zəif görünmə onu ləngidir. Axtarış, o cümlədən xilasetmə helikopterinin köməyi ilə aparılır.
Gürcüstanda hava təhlükəsizliyinin pozulması ilə bağlı cinayət işi açılıb.
Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi noyabrın 11-də Gürcüstanın Azərbaycanla sərhəd yaxınlığındakı Siqnaqi bələdiyyəsi yaxınlığında Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat vermişdi. “Flightradar”-ın məlumatına görə, təyyarə yerli vaxtla saat 14:19-da Gəncə hava limanından havaya qalxıb və daha sonra radarlardan itib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya artıq hadisə yerinə yola düşmüş gürcü həmkarı ilə danışıqlar aparıb. Türkiyə Müdafiə Nazirliyi daha sonra təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu bildirib.
E.ŞİRİNOV