13 Noyabr 2025 / 11:37

“Mən futbolçularıma çox güvənirəm və…”

Azərbaycan millisinin baş məşçisi Ayxan Abbasov mediaya futbolçularına güvəndiyini bildirib. Tezadlar.az xatırladır ki, yığmanın baş məşqçisi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşərkən deyib:  “Sabah bizi gərgin və önəmli oyun gözləyir. Rəqin üçün də vacib matç olacaq. Futbolçularıma inanıram və azarkeşlərimizdən dəstək gözləyirəm. İnanıram ki, bizi tək qoymayacaqlar. İslandiya son görüşlərdə yaxşı təsir bağışlayır. İstəyirik ki, komanda olaraq ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyəti yaddan çıxaraq. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

O, hər matça qələbə qazanmaq üçün çıxdıqlarını söyləyib: “Hər dəfə meydana qələbə əzmi ilə çıxırıq. Komandamız təzyiq altında deyil. Əksinə, rəqib komandanın pley-offa çıxmaq şansı olduğuna görə təzyiq yaşayırlar”.

Baş məşqçi İslandiya ilə görüşdə standart vəziyyətlərə xüsusi diqqət edəcəklərini vurğulayıb: “Tək bu oyunda yox, başqa matçlarda da buna diqqət edirik. Çalışırıq ki, standart vəziyyətlərdə qapımızın toxunulmazlığını qoruyaq”.

Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.

Komandamıza uğurlar arzu edirik.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!