9 Fevral 2026 / 02:03

AB-də müharibə fanatizmindən danışılır

Hazırda Brüsseldə müharibə fanatizmi hökm sürür.

Tezadlar.az bildirir ki, bu açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın Rustavi 2 televiziya kanalına verdiyi müsahibədə verib.

“Brüsselə səfər edib oradakı görüşlərdə iştirak etdiyiniz zaman Brüsseldə müharibə fanatizminin hökm sürdüyünü görəcəksiniz”, – deyə diplomatik nazirliyin rəhbəri etiraf edib.

Bir müddət əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa prezident Donald Trampa müdaxilə etməsəydi, Ukraynadakı münaqişə artıq bitmiş olardı. Diplomatın sözlərinə görə, AB liderləri Vaşinqton və Moskvanın onların iştirakı olmadan Ukrayna ilə bağlı sülh razılaşması əldə etməsində maraqlı deyillər.

Daha əvvəl Siyarto NATO-nun baş katibi Mark Ruttenin Qərb qoşunlarının Ukraynada olması ilə bağlı açıqlamalarına münasibət bildirib. O, siyasətçinin açıqlamalarını “qalmaqallı və ifrat” adlandırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!