Əsas məzmuna keç

“Kapitanın transferi “Qarabağ”ın büdcəsinə nə qədər qazandıracaq?

“Qarabağ”ın Abdullah Zubirin mümkün satışından nə qədər pul qazana biləcəyi müəyyənləşib.

Tezadlar.az xəbər verir ki, yarımmüdafiəçi “Əl Şahaniyə”yə gedərsə, “köhlən atlar” bu anlaşmadan 1,5 milyon avro civarında gəlir əldə edəcək.

Ağdam təmsilçisindən aldığımız məlumata görə, Zubirin gedişi həqiqətən gündəmdədir. Qətər tərəfi ona görə Azərbaycan çempionuna təzminat ödəyəcək.

Qeyd edək ki, Fransanın məşhur “L Equipe” nəşrinin bildirdiyinə görə, kapitan cari mövsümün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…