31 İyul 2025 / 08:38

ABŞ-a məxsus F-35 qırıcısı Kaliforniyada qəzaya uğrayıb

ABŞ-ın beşinci nəsil F-35 qırıcısı Kaliforniyada qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, insident ştatın mərkəzi hissəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin “Lemur” hava stansiyası yaxınlığında baş verib. Təyyarə tarlaya düşüb, pilotun həyatı təhlükədə deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!