Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Vals Birləşmiş Millətlər Təşkilatını (BMT) sülhü qorumaq və müharibələrin qarşısını almaq kimi əsas məqsədinə qaytarmağa çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, beynəlxalq təşkilat iqlim gündəmi kimi “bütün cəfəngiyyatlardan” xilas olmalıdır.
“Biz BMT-ni öz nüvəsinə qaytarmalıyıq: sülhü təşviq etmək, sülhü təmin etmək və müharibələrin qarşısını almaq”, – o vurğulayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, BMT Ukrayna münaqişəsinin həllinə ciddi töhfə vermir.
E.ŞİRİNOV