Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vaşinqton ABŞ prezidenti Donald Tramp haqqında təhqiramiz hesab etdiyi açıqlamalara görə Polşa Seyminin marşalı (spikeri) Vlodzimej Çastasti ilə qarşılıqlı əlaqəni tamamilə dayandırmaq qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın Varşavadakı səfiri Tom Rouz bildirib.
Diplomat sosial media platformasında paylaşım edərək yazıb ki, bundan sonra Amerika nümayəndələri prezident Trampa qarşı sərt və əsassız hücumları Polşanın Baş naziri Donald Tusk və onun kabineti ilə konstruktiv dialoqa ciddi maneə yaradan Çastasti ilə heç bir münasibət və ya əlaqə saxlamayacaqlar. Rouz vurğulayıb ki, ABŞ ABŞ-Polşa münasibətlərinə zərər vurmağa və ya səfirin sözlərinə görə, Polşa və onun vətəndaşları üçün çox şey edən Amerika liderinə qarşı hər hansı bir hörmətsizliyə yol verməyəcək.
Daha əvvəl Vlodzimej Çastasti ABŞ Nümayəndələr Palatasının və İsrail Knessetinin spikerlərinin Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək təşəbbüsünü dəstəkləməkdən imtina etmişdi.
E.ŞİRİNOV