Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ı viran qoyan qar fırtınası nəticəsində ən azı 42 nəfər ölüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “ABC News” bildirib.
“Fırtına nəticəsində ən azı 42 nəfər ölüb”, – deyə məlumatda bildirilir.
Ostin ərazisindəki tərk edilmiş yanacaqdoldurma məntəqəsinin dayanacağında bir kişi ölü tapılıb. Onun hipotermiyadan öldüyü ehtimal olunur. Texasda üç qardaş buzlu gölməçəyə düşərək ölüb.
Daha əvvəl, 26 yanvarda “Associated Press” ABŞ-ın böyük bir hissəsini bürüyən güclü qış fırtınasında 30 nəfərin öldüyünü bildirmişdi.
25 yanvarda güclü Arktika fırtınası səbəbindən ABŞ-ın 15 ştatında fövqəladə vəziyyət elan edilib. Fırtına ABŞ-ı Nyu-Meksikodan Menə qədər bürüyüb.
ABŞ Milli Hava Xidməti təbii fenomenin dondurucu yağış, güclü qar yağışı və temperaturun -17 dərəcə Selsiyə (-17 dərəcə Farenheyt) qədər düşməsinə səbəb olacağını bildirib. 24 saat ərzində ən azı 23 sm qar yağacağı gözlənilir.
Kəskin hava şəraiti təkcə 24 yanvar tarixində 2000-dən çox daxili uçuşun ləğvinə səbəb olub. Federal hakimiyyət orqanları (FEMA) fövqəladə vəziyyətlə əlaqədar resurslar hazırlamağa başlayıb.
Yaxınlaşan qar yağışından panikaya düşən Nyu-Yorklular mağaza rəflərini boşaldıblar.
E.ŞİRİNOV