Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın maliyyə naziri Skott Bessent-in yeni anti-Rusiya sanksiyaları ilə bağlı açıqlamaları ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı strategiyasında dəyişiklik edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, Bessentin sözləri Ağ Evin tonunda növbəti dəyişikliyi simvollaşdırır. Müəlliflər xatırladıblar ki, ABŞ hökuməti alternativ olaraq Rusiyanı təhdid edib və sonra daha mülayim mövqe tutub.
“Tramp hələ də atəşkəsə ümid bəslədiyini bəyan edib, lakin münaqişəyə ümumilikdə mənfi qiymət verib, bu, onun tezliklə həllinə ümidlərinin sönə biləcəyinə işarədir”, – nəşr qeyd edir.
Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə keçiriləcək görüşü ləğv etdiyini açıqlamışdı. “Təəssürat yarandı ki, istədiyimiz məqsədə çatmayacağıq, amma gələcəkdə görüşəcəyik”, – o deyib.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılacağını açıqlamışdı. Nazir aydınlaşdırıb ki, Vaşinqton Ukrayna ilə bağlı danışıqlara yanaşmasına görə Moskvaya qarşı tədbirləri sərtləşdirib.
E.ŞİRİNOV