24 Oktyabr 2025 / 13:13

ABŞ-da yarım milyondan çox işçi maaşsız qaldı – buna səbəb isə…

ABŞ-da minlərlə federal işçi maaşlarını almayacaq.

Tezadlar.az  RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb federal hökumətin bağlanmasıdır.

“Artıq 23 gündür ki, Demokratlar tərəfindən tətbiq edilən bağlanma şəraitində yaşayırıq. Demokrat senatorlar hökumətin bağlanmasının lehinə 12 dəfə səs veriblər. Günahsız amerikalılar hər gün əziyyət çəkirlər.  Sabah 500.000-dən çox mülki federal işçi maaş almayacaq”, – deyə Ağ Evin mətbuat katibi Kerolin Levitt cümə axşamı keçirilən brifinqdə bildirib.

Administrasiya hökumətin uzun müddətli bağlanmasının artıq hərbçilərə, qəyyum ailələrə və digər kateqoriyalı vətəndaşlara təsir etdiyini vurğulayıb və Senatı  maliyyələşdirməni dərhal bərpa etməyə  və amerikalıların əzablarına son qoymağa çağırıb.

1 oktyabrda başlayan bağlanma, ABŞ tarixində ikinci ən uzun müddətli bağlanmadır və 2018-2019-cu illərdə Prezident Donald Trampın dövründə 35 günlük bağlanmadan sonra ikinci yerdədir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!