Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Fevral 2025 / 09:45

ABŞ-da yaşayan professordan Qarabağın tikilməsinə dair unikal təklif!

ABŞ- da yaşayan tanınmış professor Tariyel Azərtürk Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan tikintinin sürətlənməsi və əhalinin həmin yurd yerlərinə daha tez köçürülmələri üçün maraqlı təklif və çağırışla çıxış edib. Özünün sosial media hesabında bu barədə yazan professorun belə bir çağırışı var: “Ərazimizi Sovetdəki gənclər üçün elan edilmiş “İnşaat Meydanı” elan etməsək, tək Ağdamı heç on ilə də tikmək olmayacaq!”
Professor yazır: “Milyon gənc də işsizdir. Kənarda iş axtarınca, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yüz minləri üçün iş var. Yetər ki: “Gənclik, Qarabağı və Zəngəzuru qurub yaratmağa tələs!” şüarı ilə çağırış olsun. Millət vaxtilə Qazaxstanda Xam torpaqları- Çelinanı qaldırdı, Uzaq Şərqə min km-lik dəmir yolu çəkdi. Qarabaöda şəhərlərin kəndlərin proyektləri var, pul var,
3 ilə bütün ərazinin inşaat işlərin başa çatdırmaq olar,
Çində on mərtəbəli evin karkasın 28 saata başa vururlar. Bizə bu cür sürət lazımdır. Pullu kişiləri də proyektlərin icrasına cəlb etmək lazımdır. Dövlətin gücü də, parası da var, maşallah, amma sürət lazımdır, sürət!”.
Bəli, Qarabağda tikinti üçün bir neçə vacib şərt var: sement, qum və çınqıl, bir də daş! Yerli tikinti materialı yetərincədir… Qalan material da Dərnəgül yolunda doludur. Bakını qarış- qarış tikən göydələnlilər hər cürə materialı tapırlarsa, bu Qarabağda da çətin deyil. Bir qalır tikinti monopoliyası aradan qaldırılsın, tenderlər ədalətli bölüşdürülsün, iş görənə və tikənə verilsin. Qalır vəsait- maaş, o da Allaha şükür, Azərbaycanın hazırda 72 milyard dollar ehtiyat Fondu var. Bu ölkə rəhbərliyinin rəsmi məlumatında qeyd edilib.
Beləliklə, həqiqətən də Azərbaycanda real işçi qüvvəsi kifayət qədərdir. Sosial mediada “İş yoxdur, dolana bilmirəm!” deyən kütləni müxtəlif sahələr üzrə işlərə cəlb etmək niyə bu qədər çətin olsun?!
ASİF MƏRZİLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!